SATIŞ MÜQAVİLƏSİ

Satış Müqaviləsi

1. Bu müqavilə “Virtual Məktəb (bundan sonra “Satıcı”) ilə müştəri(bundan sonra “Alıcı”) arasındakı elektron mühitdə bağlanmış Satış müqaviləsidir.

2. Əsas anlayışlar

a. Elektron ticarət— informasiya sistemlərindən istifadə edilməklə malların alqı- satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir;

b. Elektron ticarətin iştirakçıları— elektron ticarətin həyata keçirilməsi zamanı Satıcı” (təchizatçı), “Alıcı” (sifarişçi) hesab olunur.

c. “Satıcı” - xidmət satan elektron ticarət iştirakçısı;

d. “Alıcı” - Bütün “Alıcı”lar www.virtualmekteb.com internet saytında onlayn sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdir.

e. Onlayn sınaq imtahanı – “Satıcı” tərəfindən təqdim olunmuş onlayn qaydada keçirilən sınaq imtahanlarıdır.

3. Bu müqavilənin mövzusu “Alıcı”nın “Satıcı”ya aid www.virtualmekteb.com internet saytından elektron mühitdə aldığı xidmətin “Elektron Ticarət Haqqında Azərbaycan Respublikasının Qanunu”-na əsasən tərəflərin hüquq və öhdəliklərinin müəyyən olunmasıdır.

4. “Satıcı” www.virtualmekteb.com internet saytında onlayn sınaq imtahanının onlayn satışını Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir.

5. “Alıcı” www.virtualmekteb.com internet saytında “Satıcı”nın təqdim etdiyi onlayn sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçərkən müqavilənin şərtləri ilə tanış olduqdan, məlumatları doldurduqdan və onlayn ödəməni həyata keçirdikdən sonra Satış müqaviləsi təsdiqlənmiş hesab olunur.

6. Satış müqaviləsi təsdiq olunduqdan sonra “Satıcı” tərəfindən “Alıcı”ya onlayn şəkildə aşağıdakılar təqdim edir: -istifadəçi adı -şifrə

7. “Alıcı” əldə etdiyi “istifadəçi adı” və “şifrə” vasitəsilə “Satıcı”nın təqdim etdiyi xidmətlərdən www.virtualmekteb.com internet saytında müvafiq tarixdə və saatda, müəyyən olunmuş vaxtda onlayn sınaqda iştirak edir və nəticəsini əldə edir.

8. “Satıcı”nın məlumatları:

www.virtualmekteb.com

VÖEN: 2005749732

H/H.: AZ59IBAZ41040019442110379208

SWIFT: IBAZAZ2X

9. “Alıcı” www.virtualmekteb.com internet saytından əldə edəcəyi xidmət haqqında məlumatları və şərtləri oxuyub mənimsədiyini və qeydiyyatdan keçərkən təsdiqini verdiyini bəyan edir. “Alıcı” ödəməni onlayn şəkildə Azərbaycan manatı ilə həyata keçirir.

10. Müqavilənin müddəti hər bir xidmət üçün elan olunmuş tarixdə iş gününün sonunda başa çatır.

11. “Satıcı”, sifariş edilən xidmətin yerinə yetirilməsinin mümkün olmadığı halda müqavilə üzrə öhdəliklərini yerinə gətirə bilməzsə, bu vəziyyəti, müqavilə öhdəçiliyinin müddəti bitmədən “Alıcı”ya bildirir və 10(on) gün ərzində xidmətin əvəzini tam şəkildə “Alıcı”ya geri ödəyir.

12. Zəmanət: www.virtualmekteb.com internet saytında qeydiyyatdan keçənlərin məlumatlarının üçüncü şəxsə ötürülmədiyinə zəmanət verir.

13. “Alıcı” və “Satıcı” arasında yaranmış mübahisələr Azərbaycan Respublikası Qanunvericiliyinə zidd olmayan qaydalarla nizamlanır.